ASCO: Ötən il "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 26 gəmi təmir olunub
İnfrastruktur
- 28 yanvar, 2026
- 11:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ötən il 26 müxtəlif tipli gəminin təmiri həyata keçirilib.
"Report" ASCO-ya istinadən xəbər verir ki, gəmilərdən 8-i əsaslı, 16-sı tərsanə, 2-si cari təmir edilib. Bunlardan 20-si ASCO-ya, digərləri isə müxtəlif kənar təşkilatlara aid olub.
Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun icra edilib.
Qeyd edək ki, ZGTTZ geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Bundan başqa, 2017-ci ildən Zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.
В 2025 году на Зыхском заводе ASCO отремонтировано 26 судов
ASCO: 26 vessels repaired at Zigh Ship Repair and Construction Yard in 2025
Son xəbərlər
09:20
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb
Maliyyə
08:54
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Digər ölkələr
08:18
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Daxili siyasət
07:45
Cozef Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
Digər ölkələr
07:13
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
Digər ölkələr
06:21
Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib
Digər ölkələr
06:01
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Digər ölkələr
05:58
Foto
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Xarici siyasət