Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Hadisə
- 06 mart, 2026
- 23:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub bürosuna verilən məlumata görə, Masallı şəhər sakini 36 yaşlı İ.Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngi ilə R.Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.
İ.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Son xəbərlər
09:16
AMB: Sahibkarların kredit müraciətləri poçtla qəbul ediləcək
Maliyyə
09:09
Əsgər Ələkbərov: "Gənclərin biznes qurmasını dəstəkləyən islahatları davam etdiririk"
Biznes
09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.11.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.11.2026)
Maliyyə
09:01
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
Futbol
08:59
Altay diyarında yaşayış binasında baş verən partlayışda bir nəfər ölüb, 14 nəfər xəsarət alıb - Yenilənib
Region
08:52
Avstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək
Digər ölkələr
08:37
Kaliforniyada helikopter qəzasında iki nəfər həlak olub
Digər ölkələr
08:12
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur