Aktauda 300 milyon dollar dəyərində yeni liman tikiləcək
İnfrastruktur
- 25 noyabr, 2025
- 11:58
Aktauda 300 milyon ABŞ dolları dəyərində yeni dəniz limanının tikintisi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə "Xabar" agentliyi Mangistau vilayətinin rəhbəri Nurdaulet Kilıbaya istinadən bildirir.
Onun sözlərinə görə, strateji tərəfdaş Çinin "Zhongyun International" şirkətlər qrupudur.
N.Kilıbaya vurğulayıb ki, investor şirkəti regionda qeydiyyatdan keçirib və investisiya müqaviləsinin imzalanması üçün sənədlər hazırlayır.
"Layihə yeni "Çin - Qazaxıstan - Aktau - Bakı - Poti - Avropa" beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına töhfə verəcək. Onun həyata keçirilməsi yüklərin çatdırılma müddətini 7-15 gün, nəqliyyat xərclərini 18-25 % azaltmağa və yeni iş yerləri yaratmağa imkan verəcək", - o qeyd edib.
Son xəbərlər
20:01
Al Tani Fidanla Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr19:53
Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib
Futbol19:48
Belçika dondurulmuş Rusiya aktivlərinin istifadəsini yenidən bloklayacaq
Digər ölkələr19:19
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
Fərdi19:00
Tramp CNN telekanalını kəskin tənqid edib
Digər ölkələr18:41
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq
Digər ölkələr18:24
Foto
Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub
Fərdi18:10
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 675-ə çatıb - YENİLƏNİB-2
Digər ölkələr17:51