27 illik həsrətə son - cəbrayıllılar evlərinə qayıdırlar

27 illik həsrətə son - cəbrayıllılar evlərinə qayıdırlar Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad edilib
İnfrastruktur
6 Oktyabr , 2020 18:44
27 illik həsrətə son - cəbrayıllılar evlərinə qayıdırlar

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxındır işğal altında idi. Bu müddət ərzində Azərbaycanın igid oğulları bu yolda şəhid oldular və millətə torpaqlarının nə vaxtsa qaytarılacağı ümidini verdilər.

Belə ki, Azərbaycan Ordusunun iradəsi, gücü və əzmkarlığı sayəsində son on gün ərzində ölkəmizin tarixi əraziləri, ermənilər tərəfindən işğal edilmiş torpaqlar azad edilir. Bu gün Azərbaycan Ordusu tarix yazır, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün öz ərazisində antiterror əməliyyatı keçirir.  

Bu günlərdə torpaqları azad edilənlər üçün toydur, bayramdır. Oktyabrın 4-ü cəbrayıllılar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Ordusu onların 27 illik həsrətinə son qoyub. Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad edilib. Bu isə Cəbrayıl sakinlərinin öz elinə, obasına, tarixi ata-baba yurduna qovuşması deməkdir. Bu həm də torpaqlar üçün canlarından keçən şəhidlərin, Azərbaycanın igid oğullarının ruhlarının şad olması deməkdir.  

“Report” 27 il bundan əvvəl evləri, torpaqları işğal edilmiş, Vətən həsrəti ilə yaşayan cəbrayıllılarla danışıb.

Həmin videoreportajı təqdim edirik. 

VİDEO: Elçin Murad 

Son xəbərlər

Orphus sistemi