Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Almaniyanın Ştarnberq şəhərində 9-cu "Fünf Seen" ("Beş göl") beynəlxalq müstəqil film festivalı başlayır.
"Report" xəbər verir ki, festivalın müsabiqə proqramına Azərbaycandan olan rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi də daxil edilib.
Avqustun 9-dək davam edəcək festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən filmlər nümayiş etdiriləcək.
"Nabat" bədii filmi festivalda avqustun 6-da nümayiş olunacaq.
Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb.
Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.