Bakıda Çin incəsənəti sərgisi açılıb

Bakıda Çin incəsənəti sərgisi açılıb Azərbaycan Milli İncəsənət Muzeyində “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin açılış mərasimi keçirilib.
İncəsənət
29 Mart , 2023 16:22
Bakıda Çin incəsənəti sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, sərgidə mədəniyyət nazirinin müavini Murad Hüseynov, incəsənət nümayəndələri iştirak edib.

Sərgidə bildirilib ki, ziyarətçilərə Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradılacaq: "Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur".

Hər bir sərgi salonu qədim tanrıları və müdriklərinin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır.

Nümayiş olunan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir.

Sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, “muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi xarakterizə edilib.

Sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin, Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlıdır. Layihənin koordinatoru Könül Rəfiyevadır.

Sərgi 3 ay davam edəcək.

Son xəbərlər

Orphus sistemi