Belarusun məhşur solistləri Bakıda “Qu gölü” baletində çıxış edəcək

Belarusun məhşur solistləri Bakıda “Qu gölü” baletində çıxış edəcək Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq
İncəsənət
10 Noyabr , 2014 11:52
Belarusun məhşur solistləri Bakıda “Qu gölü” baletində çıxış edəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, tamaşada əsas rolları klassik balet sənəti ulduzları – Belarus Akademik Böyük Teatrının aparıcı solistləri, Belarusun xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Olqa Qayko və Belarus Respublikası Prezidentinin Xüsusi fondunun mükafatçısı İqor Onoşko ifa edəcək.

Qeyd edək ki, O.Qayko və İ.Onoşko hazırda Avropanın ən populyar və dəbdə olan balet ulduzlarından sayılırlar. Onlar London, Paris, Sürix, Münhen, Amsterdam və Avropanın bir sıra digər paytaxt şəhərlərində uğurlu qastrol səfərlərində olublar.

2008-ci ildə Tokioda keçirilən Beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş prizə layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi