Bakı. 6 iyun. REPORT.AZ/ 1934-cü ilin martında Bakıda dünyaya göz açan tanınmış yazıçı və kolleksiyaçı Aleksandr Qlezer iyunun 3-dən 4-nə keçən gecə 82 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə mərhumun yaxın dostlarından biri məlumat verib.
Aleksandr Qlezer uzun müddət Ufada (Rusiya) yaşayıb. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlayıb və gürcü şairlərinin 7 kitabını tərcümə edə bilib. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanıb və onları toplamaqla məşğul olub. 1970-ci illərdə Sovet İttifaqından deportasiya edilib. Sürgündən sonra şair Fransaya köçüb və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini ora apara bilib. Sonradan o ABŞ-ın Nyu-Cersi ştatına köçüb.
Mərhum Fransa paytaxtının Sen-Jenevyev-de-Bua şəhəri məzarlığında torpağa tapşırılacaq.