Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayına yeni bədii rəhbər təyin edilib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Mərdəkan Mədəniyyət sarayının yeni bədii rəhbəri aktyor Kamran İsrafilov olacaq.
Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.
Həmçinin, İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.
Kamran İsrafilov, həmçinin yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissorudur.