Yaxın 6 ay ərzində dünyada insan kimi düşünən və qərar verən qurğular yaradıla bilər.
"Report" xəbər verir ki, bunu Türkiyənin İstanbul Universitetinin dosenti Şəbnəm Özdəmir Bakıda keçirilən "Media texnologiyaları: yeniliklər və trendlər" adlı təlimdə bildirib.
"Son iki həftə ərzində baş verən texnoloji inkişaf nəticəsində insan səviyyəli süni intellektin yaradılması üçün kuantum kompüterlərə ehtiyacımız yoxdur. Əgər ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskla fərqli senariyə imza atmasa, 6 ayda insanlıq özü kimi düşünən və qərar verən qurğularla tanış olacaq", - deyə o qeyd edib.
Alim həmçinin deyib ki, araşdırmalara görə, ötən il bəşəriyyət gündə azı 7 dəqiqəsini "ChatGPT" və bənzər tətbiqlərlə keçirib: "Bu ilin statistikasına görə isə süni intellektli tətbiqlərlə (makina) sosiallaşmı müddəti 30 dəqiqəni ötüb".