“Bu il Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının gələcəkdə Şuşada təşkil olunacağı istisna deyil”.
“Report” xəbər verir ki, bunu festivalla bağlı keçirilən mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Təbii ki, gələcəkdə bu festivalı Şuşada və Qarabağın digər ərazilərində keçirmək mümkün olacaq”, - deyə o, qeyd edib.
“TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar isə deyib ki, tədbirin Şuşada keçirilməsində maraqlıdırlar.
“Bundan başqa, festival çərçivəsində baş tutan müsabiqələrin də bir qismi Qarabağda təşkil oluna bilər”, - deyə o, əlavə edib.
R.Nəbiyev isə həmçinin deyib ki, builki festival Bakıda keçirilsə də, digər ölkələrdən iştirakçılar virtual olaraq tədbirə qatıla bilər.