"Samsung" Azərbaycanın planşet bazarındakı payının 33 %-ni itirib
İKT
- 05 yanvar, 2026
- 11:48
Ötən ilin dekabr ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 56,49 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 7,31 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 27,6 faiz bəndi azdır.
Beləliklə şirkətin bazar payı illik ifadədə 33 % azalıb.
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 0,61 faiz bəndi, illik isə 16,58 faiz bəndi artaraq 23,33 % təşkil edib.
Üçüncü pillədəki adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,08 faiz bəndi azalaraq, illik isə 4,69 faiz bəndi artaraq 6,69 % olub.
Növbəti pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq 6,68 faiz bəndi azalaraq, illik isə 2,11 faiz bəndi artaraq 5,53 % təşkil edib.
Son xəbərlər
05:44
Peruda prezident və parlament seçkilərində səsvermə başa çatıb
Digər ölkələr05:09
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35
İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Digər ölkələr03:11
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Digər ölkələr02:35
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb
Digər ölkələr02:08
Şimali Kipr XİN: BMT-nin sülhməramlı qüvvələri bitərəflik prinsipindən uzaqlaşıb
Digər ölkələr01:41