Rövşən Nəcəf: “Rəqəmsallaşma genişlənməyə şərait yarada bilər"

Rövşən Nəcəf: “Rəqəmsallaşma genişlənməyə şərait yarada bilər" Pandemiya göstərdi ki, indi yeni texnologiyalar, innovasiyalar, rəqəmsallaşma "kritik infrastrukturun" bir hissəsidir
İKT
17 Sentyabr , 2020 18:04
Rövşən Nəcəf: “Rəqəmsallaşma genişlənməyə şərait yarada bilər
Rövşən Nəcəf

"Mərkəzi Asiya Regionu ölkələri iqtisadi sferada daha çox rəqəmsal əlaqələri genişləndirməlidir. Mən istərdim pandemiya dövründə rəqəmsallaşmanın rolunu vurğulayım. Pandemiya göstərdi ki, indi yeni texnologiyalar, innovasiyalar, rəqəmsallaşma "kritik infrastrukturun" (həyati vacib struktur, yəni dövlətin həyat qabiliyyətini təmin edən ən mühüm, müstəsna əhəmiyyətli, strateji təyinatlı strukturlar - red.) bir hissəsidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısısı çərçivəsində CAREC proqramının “COVID-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclasında çıxış edərkən deyib.

R.Nəcəfin sözlərinə görə, əslində rəqəmsallaşma elektrik enerjisi, nəqliyyat, qida məhsullarının daşınması, iqtisadiyyat, ticarət, investisiyalar kimi müxtəlif sahələrin genişlənməsi üçün şərait yarada bilər:

"Digər tərəfdən də regionun sərmayələrə cəlbediciliyinin olması da əhəmiyyətli olduğunu düşünürəm. Bunu isə Dövlət-Özəl sektor Tərəfdaşlığı (Public–private partnership – PPP) ilə həyata keçirmək olar. ADB və CAREC bu təşəbbüsləri izləyir və biz xarici investorların cəlbedici infrastruktur layihələrində iştirakına üstünlük verməliyik. Çünki postpandemiya dövründə büdcə azalması baş verib və digər tərəfdən dövlətin infrastrukturla bağlı öhdəliyi var və bu sahədə özəl investisiyaların istifadəsi daha səmərəli olar. Əlbəttə, nəqliyyat, tranzit və loqistik daşımalarda prosedurların sadələşdirilməsi ölkələr arasında malların daşınmasını sürətləndirər”.

DB-nin 2001-ci ildə təsis etdiyi CAREC Proqramı özündə 11 ölkəni (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir. Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi