İpoteka və Kredit Zəmanət Fondu SİMA sisteminə inteqrasiya olunacaq

İpoteka və Kredit Zəmanət Fondu SİMA sisteminə inteqrasiya olunacaq İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə istifadəni təmin etmək məqsədilə qurumlar arasında müzakirələr aparılmaqdadır.
İKT
27 Yanvar , 2023 15:47
İpoteka və Kredit Zəmanət Fondu SİMA sisteminə inteqrasiya olunacaq

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə istifadəni təmin etmək məqsədilə qurumlar arasında müzakirələr aparılmaqdadır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-dən bildirib.

"Hazırda e-gov.az portalında şirkətin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza ilə 12-si dövlət qurumu olmaqla 70-dən çox müəssisənin inteqrasiyası davam edir: "Bir müddət öncə həyata keçirilən “Elektron Hökumət” portalına inteqrasiya nəticəsində vətəndaşlar SİMA rəqəmsal imza ilə “e-gov.az” portalına daxil olaraq 37 qurum tərəfindən təqdim edilən elektron xidmətlərə giriş imkanı əldə ediblər. Həmçinin “myGov” şəxsi kabinetinə SİMA ilə daxil olaraq fərdi məlumatlarını əldə edə bilərlər. Hazırda vətəndaşların “e-gov.az” portalında təqdim edilən hər bir elektron xidmət üzrə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmət əldə etməsi məqsədilə müvafiq qurumlarla inteqrasiya işləri davam etdirilir. SİMA ilə İpoteka və Kredit Fondunun təqdim etdiyi xidmətlərə giriş imkanı təmin edilsə də, xidmətlər üzrə sənədlərin və müraciətlərin imzalanması həyata keçirilmir. İnteqrasiya bitdikdən sonra bu xidmət də aktivləşəcək", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi