“AzInTelecom” və “Cyberpoint” kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

“AzInTelecom” və “Cyberpoint” kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
İKT
2 May , 2023 10:22
“AzInTelecom” və “Cyberpoint” kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Report”un məlumatına görə, memorandumu “AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint”in direktoru Fuad Niftəliyev imzalayıb.

Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini və səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar.

Tərəflər elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin təşkil olunması, kibertəhlükəsizlik üzrə aidiyyəti mərkəzlərin qarşılıqlı istifadəsi üçün şəraitin yaradılması, həmçinin yeni texnologiya və həllərin öyrənilməsi və mövcud həllərin təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsi aparmağı planlaşdırır.

“AzInTelecom” və “Cyberpoint” Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi üçün ortaq məhsul və həllərin hazırlanmasını, müştərilərə birgə xidmət göstərməyi hədəfləyir.

Ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” ISO 27001 üzrə audit, konsultasiya və maarifləndirmə xidmətləri, Nüfuzetmə testlərinin simulyasiyası və insidentlərin araşdırılması, həmçinin Təhlükəsizlik Əməliyyatları Mərkəzi xidmətlərini göstərir.

Son xəbərlər

Orphus sistemi