Azərbaycanın 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 layihə icra olunur

Azərbaycanın 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 layihə icra olunur Hazırda Azərbaycanda 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 müxtəlif layihə icra olunur.
İKT
13 May , 2024 16:58
Azərbaycanın 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 layihə icra olunur

Hazırda Azərbaycanda 22 dövlət qurumunda 4Sİ texnologiyaları ilə bağlı 43 müxtəlif layihə icra olunur.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkil etdiyi Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun iclasında qeyd edilib.

İclasda aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov dördüncü sənaye inqilabı sahəsində qurum tərəfindən ölkədə həyata keçirilən layihələr (4SİM çatbotu, Güləşdə süni intellektin tətbiqi, Coursera ilə həyata keçirilən “4Sİ Akdemiyası”) və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq barədə işçi qrupun üzvlərinə məlumat verib.

Təhlil və monitorinq şöbəsinin müdiri Əzizə Vidadi Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya və həmin strategiya çərçivəsində həyata keçirilməsi planlaşdırılan 9 aparıcı layihə haqqında təqdimatla çıxış edib. Bildirilib ki, strategiyanın 3 əsas istiqaməti var: müəssisələrin rəqəmsal transformasiyası hesabına ÜDM-in artımının sürətləndirilməsi, rəqəmsal cəmiyyətə keçidi təmin etmək üçün vətəndaşların sahəvi bilik və bacarıqlara əlçatanlığının artırılması, dövlət əməliyyatlarının səmərəliliyinin artırılması üçün data əsaslı idarəetmə.

Tədbir daha sonra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirə formasında davam edib, onların rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu bu texnologiyaların tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi