Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri oktyabrda 23 %-dən çox artıb
İKT
- 14 noyabr, 2025
- 16:08
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 120,5 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83,3 %-i qeyri-dövlət sektorunun payına düşüb, 71,6 %-i isə əhali sektoruna aid olub.
Təkcə oktyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 380 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,4 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.
Son xəbərlər
20:18
Azərbaycan və Moldova parlamentlərarası əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
Xarici siyasət20:06
Foto
Bakıda keçiriləcək WUF13-ə hazırlıq Ər-Riyadda müzakirə olunub
Xarici siyasət20:01
BMT: Sudanda dron hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub
Digər ölkələr19:53
"Mançester Siti"nin futbolçusu 2025-ci ildə meydana çıxa bilməyəcək
Futbol19:48
Elektron siqaretlərdə yaranan aerozollar ağciyər üçün geridönüşü olmayan problemlər yaradır - RƏY
Daxili siyasət19:43
Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükü üzrə müqavilə imzalayıb
Digər ölkələr19:31
Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibləri sırasında yer alıb
Mədəniyyət siyasəti19:12
Türkiyə Ordusu il ərzində terrorçulara aid 308 mağara və sığınacağı məhv edib
Region19:08
Foto