Yuxarı

Bakıda daha bir avtobus dayanacağının yeri dəyişdirilib

Bakıda daha bir avtobus dayanacağının yeri dəyişdirilib

Paytaxtda nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacağının yeri dəyişdirilib. 

"Report" xəbər verir ki, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib. Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi