“Azərsu” Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinə fasilə verib

İnfrastruktur
  • 18 dekabr, 2018
  • 06:44
“Azərsu” Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinə fasilə verib

Bakı. 18 dekabr. REPORT.AZ/ Hava şəraiti ilə əlaqədar Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması müvəqqəti olaraq təxirə salınıb. 

Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, su təminatında məhdudiyyətin elan edildiyi Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələri əvvəlki rejimdə içməli su ilə təmin olunur. Magistral su xəttində təmir-bərpa işlərinin aparılması və bununla əlaqədar su təchizatının dayandırılacağı barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti