Yuxarı

Cavid Qurbanov: "Üç il ərzində 1500-2000 kilometr dəmir yolu təmir olunacaq"

3 il ərzində 1500-2000 kilometr dəmir yolu təmir olunacaq

“Ötən il də daxil olmaqla son 3 ildə 875 kilometr dəmir yolu təmir edilib”.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Bakıdan Böyük Kəsiyə qədər və əks istiqamətdə 1100 km yol da tam təmir edilərək başa çatdırılıb.

“Bu il bir neçə tender keçiriləcək. Yəqin ki, cari ilin sonu və gələn ilin əvvəlindən Rusiya sərhədlərinə qədər olan dəmir yolunun təmirinə başlayacağıq. Bundan başqa, Qəbələyə gedən dəmir yolu təmir olunur. Ümumilikdə növbəti 3 il ərzində 1500-2000 kilometr əlavə dəmir yolu təmir olunacaq və bu yollarda qatarların sürəti artırılacaq”, - deyə C.Qurbanov əlavə edib.

Qeyd edək ki, Azərbaycanda mövcud dəmir yolunun uzunluğu 4 000 km-dir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi