Oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik
Bu barədə "Report"a Azərbaycan
Müşavirədə çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Son dövrdə cəbhə xəttində yaranmış əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal olunmuş ərazilərdə mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis-istehkam işlərinin aparılması cəhdlərinin, eyni zamanda düşmənin snayper və pilotsuz uçuş aparatlarının fəaliyyətinin sərt şəkildə qarşısının alınması məqsədilə adekvat tədbirlərin görülməsini əmr edib.
Müdafiə naziri bütün hərbi hissə və bölmələrdə silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesinin lazımi səviyyədə aparılması və vaxtında yekunlaşdırılması, dağlıq ərazidə yerləşən bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilməsi, həmçinin hərbi xidmətə çağırılmış gənc əsgərlərin qəbulunun mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.
Müdafiə naziri döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlimlərin, praktiki məşğələlərin, çöl çıxışlarının səmərəliliyinin daha da artırılmasına diqqəti yönəldib. Nazir çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə aparan yolların təmir edilməsi, eləcə də yeni yolların salınması sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirərək bunların davam etdirilməsinin vacibliyini qeyd edib.
Müşavirənin sonunda Müdafiə naziri oktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.