Yuxarı

Zakir Həsənov

 - 

Azərbaycanın müdafiə naziri



2013

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.

2003

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsinə layiq görülüb.

1993

1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. Daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

1985

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

1980

1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1959

Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub.