MN: "Həkimlərin səylərinə baxmayaraq, gizirin həyatını xilas etmək mümkün olmayıb"
Hərbi
- 15 avqust, 2021
- 08:55
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb. Bildiririk ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub".
Bu barədə Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.
"Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və M.Əhmədov dünən vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - deyə nazirlikdən əlavə edilib.
Son xəbərlər
11:51
AZAL-ın Yaponiya aviaşirkətlərilə əməkdaşlıq perspektivləri müzakirə edilib
İnfrastruktur11:43
Rusiya və İran Rəşt-Astara dəmir yolu xətti layihəsinin həyata keçirilməsinə başlayacaq
Region11:43
Bakıda ABŞ-də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin fərdi sərgisi açılacaq
Mədəniyyət siyasəti11:38
Son iki gündə Gürcüstanda keçirilən əməliyyatlarda 97 nəfər həbs edilib
Region11:38
Gürcüstanın keçmiş baş prokuroru fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham edilir
Region11:37
ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb
Hadisə11:37
Politoloq: C6 Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən transformasiyaların ön sıralarında dayanır
Xarici siyasət11:35
Azərbaycan dilinin orfoepiya lüğətinin 2026-cı ilin sonunadək hazırlanması planlaşdırılır
Elm və təhsil11:29