Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirməkdə şübhəli bilinir - YENİLƏNİB

Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirməkdə şübhəli bilinir - YENİLƏNİB Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Hadisə
19 May , 2024 23:18
Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirməkdə şübhəli bilinir - YENİLƏNİB

Yevlax şəhərində törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürovdur. O, hadisədən sonra özünə də bıçaqla xəsarət yetirərək intihara cəhd edib.

V.Şükürov xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, ailənin 2 övladı var. L.Şükürova Yevlaxdakı orta məktəblərin birində xadimə işləyirmiş. V.Şükürovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

18:57

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu sonra özünə də kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Anar Tağıyev

Son xəbərlər

Orphus sistemi