FHN Xudatda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB
- 17 fevral, 2023
- 17:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
19:56
Xudatda baş vermiş avtomobil qəzasında dünyasını dəyişənlərin kimliyi məlum olub.
"Report"un Şimal bürosu xəbər verir ki, ölənlər "Mercedes" markalı minik avtomobilinin sərnişinləri Seyidoğlu İslam Hüseyn oğlu, Vahidov Nizami Vahid oğlu və Ramiyev Elmar Mehdi oğludur.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
18:50
Xudat şəhərində yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.
"Report"un Şimal bürosu xəbər verir ki, Gəndob-Yalama yolunun Xudatdan keçən hissəsində “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 1986-cı il təvəllüdlü Babayev Araz Rzaqulu oğlu, 1972-ci il təvəllüdlü Əliyev Cabir Əlirza oglu, 1987-ci il təvəllüdlü Səlimov Maqsud Vidadi oğlu, 1989-cu il təvəllüdlü İdrisov Rəfail Ramiz oğlu və 1985-ci il təvəllüdlü Səlimov Hafiz Vidadi oğlu muxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər də ölüb, onların kimliyi dəqiqləşdirilir.