Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 3 nəfər (2-si qadın, 1-i kişi olmaqla) ötən gün saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.
Mərkəzdən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, travmatik şok və müştərək travma diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxs üzərində aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq gecə saat 01:00 radələrində ölüm faktı qeydə alınıb.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan digər 2 şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının kimliyi məlum olub.
“Report”un yerli bürosu məlumat verir ki, ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.
Qeyd edək ki, ötən gün Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.
Qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
“Report”un yerli bürosu məlumat verir ki, Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir - red) ölüb.
Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb (şəxsiyyəti müəyyənləşdirilir - red), daha 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.