Xəzərin Lənkəran sahilində iki nəfər boğulub - FOTO
Hadisə
- 13 iyul, 2018
- 17:49
Lənkəran. 13 iyul. REPORT.AZ/ Xəzər dənizinin Lənkəran sahilində iki nəfər boğulub.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında şəhər ərazisindəki çimərliklərdən birində baş verib.
Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 56 ünvanda yaşayan Şəmsəddin Rahim oğlu Aslanov və digər dostu Ruhid Əzizağa oğlu Babazadə dənizdə çimərkən batıb.
Hadisə yerində olan digər iki dost ətrafdakılara xəbər verib. İlkin olaraq Rahim Aslanovun cansız bədəni aşkar olunaraq sudan çıxarılıb. Digərinin axtarışları isə FHN dalğıcları tərəfindən axtarılır. Ş.Aslanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:12
Gəncə şəhərində yanğın baş verib
Hadisə22:49
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Hərbi22:46
Merts Leypsiqdəki PUA insidenti ilə bağlı cavab hazırlandığını bildirib
Digər ölkələr22:34
Video
Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
Region22:25
Şimali Kiprdə üç günlük matəm elan edilib
Region22:15
Azərbaycan Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib
Futbol22:12
Türkiyədə idman zalında yanğın baş verib, ölən və yaralananlar var
Region22:02
"Borussiya"nın futbolçusu Yannis Konstantelias uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
Futbol21:52