Xaçmazda intihar edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
- 25 sentyabr, 2023
- 15:46
Xaçmazda intihar edən şəxsin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərinin mərkəzində çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar edən şəxs, rayonun Köhnəxaçmaz kənd sakini, 1988-ci il təvəllüdlü Talıbov Alim Səlim oğlu olduğu bilinib.
A.Talıbovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
19:07
Xaçmazda intihar hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən "Qayalı" yaşayış kompleksində, çoxmərtəbəli binada qeydə alınıb.
Belə ki, 25-30 yaşlı Alim adlı şəxs binanın 7-ci mərtəbəsindən özünü atıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.