Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var - YENİLƏNİB-2

Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var - YENİLƏNİB-2 Xaçmaz rayonunun Mürşüd-oba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Fevral , 2024 18:10
Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Mürşüdoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Mercedes” markalı yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17:28

Xaçmazda yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananların kimliyi bilinib

"Report"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi zamanı Novruzov Üzeyir Telman oğlu hadisə yerində ölüb.

Quba rayonu 1-ci Nügədi kənd sakinləri Qonaqbəyov Cavid Murad oğlu və Məmmədov Balakişi Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

16:24

Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan 2 nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi