Ukrayna beynəlxalq axtarışa verilmiş şəxsi Azərbaycana ekstradisiya edib

Ukrayna beynəlxalq axtarışa verilmiş şəxsi Azərbaycana ekstradisiya edib Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
Hadisə
11 avqust 2023 14:57
Ukrayna beynəlxalq axtarışa verilmiş şəxsi Azərbaycana ekstradisiya edib

Ukrayna beynəlxalq axtarışa verilən şəxsi Azərbaycana ekstradisiya edib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Əbülfət İbrahim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Əbülfət Ələkbərovun təkrar törədilməklə qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Avqustun 11-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Ukraynadan ölkəyə gətirilib.

Son xəbərlər

Orphus sistemi