Tovuzda yol qəzasında xəsarət alanın şəxsiyyəti dəqiqləşib - YENİLƏNİB

Tovuzda yol qəzasında xəsarət alanın şəxsiyyəti dəqiqləşib - YENİLƏNİB Tovuz şəhərində marşrut xətti üzrə hərəkət edən mikroavtobus maneəyə çırpılıb, xəsarət alanlar var.
Hadisə
28 İyul , 2023 18:49
Tovuzda yol qəzasında xəsarət alanın şəxsiyyəti dəqiqləşib - YENİLƏNİB

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanın şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, mikroavtobusun maneəyə çırpılması nəticəsində, 2002-ci il təvəllüdlü H.Allahverdiyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, hadisə Tovuz şəhərində fəaliyyət göstərən poliklinikaların birinin yaxınlığında qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

16:29

Tovuz şəhərində marşrut xətti üzrə hərəkət edən mikroavtobus maneəyə çırpılıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi