Tağıyev qəsəbəsində partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 09 yanvar, 2026
  • 10:50
Tağıyev qəsəbəsində partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində zavodda baş verən partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosuna məlumat verilib ki, 09.01.2026-cı il tarixdə saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs hospitalizasiya olunub.

Göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti