Şirvanda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB
- 02 noyabr, 2019
- 19:42
Şirvanda avtomobilin vurduğu piyada ölüb.
“Report”un Aran bürosu xəbər verir ki, “Mercedes” markalı tərəfindən vurulan Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Zeynalov Əlisəfa Qulu oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun şəhərin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***21:54
Şirvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun şəhərin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu keçən Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Zeynalov Əlisəfa Qulu oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı sürücü tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Ə.Zeynalovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.