Şəmkirdə toyda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə toyda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə
3 İyun , 2024 00:24
Şəmkirdə toyda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkir rayonunda toyda bıçaq xəsarəti alanın kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur.

Onun vəziyyəti kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Report”un Qərb bürosuna verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun qəsəbəsinin sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

2024-06-02 23:16

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayonunda keçirilən toy mərasimlərinin birində mübahisə qanla bitib.

Bu zaman qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.

Onun kimliyi və mübahisənin səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi