Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 24 fevral, 2026
  • 18:58
Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qasımalılar kəndində "VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayon Qasımalılar kəndində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər xəsarət alıb.

Əraziyə Təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları hələ məlum deyil. Xəsarət alanların içərisində vəziyyəti ağır olanlar var

Son xəbərlər

Bütün Xəbər Lenti