Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Hadisə
- 14 oktyabr, 2019
- 18:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Noxudlu kəndi ərazisindən keçən Salyan-Şirvan avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, Salyan şəhər Nazim Babayev küçəsində yaşayan, 1969-cu il təvəllüdlü Məlikov Aydın Əbülhəsən oğlu "Jiquli" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb.
Hadisə zamanı A.Məlikov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:08
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununda ikinci hissə başlayıb - Yenilənir-4
Futbol
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq
23:20
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Digər ölkələr
23:10
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Digər ölkələr