Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb Sabirabad rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Hadisə
23 Dekabr , 2021 12:14
Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Sabirabad rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində yerləşən postda Gəncə şəhər sakini Sabir Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Əliyev 9 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi