Rusiyanın keçmiş dövlət katibinin Bakıda ölümü ilə bağlı araşdırmalara başlanılıb
Hadisə
- 20 iyun, 2022
- 08:41
Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.
Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.
G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.
Son xəbərlər
10:43
Yanvar ayında 23 milyon manata yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Daxili siyasət10:42
Yanvarda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 207 nəfər məsuliyyətə cəlb olunub
Daxili siyasət10:42
"Mançester Yunayted" Almaniya millisinin baş məşqçisi ilə danışıqlara başlayıb
Futbol10:38
Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
Daxili siyasət10:38
Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb
Biznes10:37
Ötən ay Azərbaycanda narkotiklərlə bağlı 793 cinayət faktı aşkarlanıb
Hadisə10:36
"Neftçi" 5 il sonra ilkə imza atıb
Futbol10:35
Zığ dairəsi-Hava Limanı yolunda dumanlı havaya görə sürət həddi endirilib
Daxili siyasət10:30