​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Təqsirləndirilən şəxs 1 kiloqram 50 qram marixuana ilə tutulmuşdu
Hadisə
14 Sentyabr , 2015 20:13
​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Elsevər Durmuş oğlu Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.

Xatırladaq ki, E.Osmanov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, bu ilin aprel ayında Bakı şəhəri Binəqədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elsevər Durmuş oğlu Osmanov həbs edilərək ondan 1 kiloqram 50 qram marixuana götürülüb.

Son xəbərlər

Orphus sistemi