"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi başlayıb - YENİLƏNİB

Hadisə
  • 12 dekabr, 2025
  • 14:27
Meydan TV işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi başlayıb - YENİLƏNİB

"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

"Report"un məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilənlər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, eləcə də onların bir neçəsi barədə cinayət işinə xitam verilməsi üçün vəsatət verilib.

Təqsirləndirilən Aynur Elgünəşin vəkili vəsatətində bildirib ki, müvəkkilinin səhhətində problemlər var və onun şahidlərə təsiretmə imkanı yoxdur. Vəkil bu səbəbdən müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Məhkəmə onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, eləcə də cinayət işinə xitam verilməsi üçün olan vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, 2024 - cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevral ayında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar.

Həmçinin 2025-ci ilin mart ayında Ülviyyə Əli (Quliyeva), avqust ayında isə foto-müxbir Əhməd Muxtar da "Meydan tv" işi ilə bağlı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

"Meydan TV" işi ilə bağlı ittiham olunan şəxslərin məhkəməsi keçirilir.

"Report"un məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə istintaqının başlayacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevral ayında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar.

Həmçinin 2025-ci ilin mart ayında Ülviyyə Əli (Quliyeva), avqust ayında isə fotomüxbir Əhməd Muxtar da "Meydan tv" işi ilə bağlı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti