Mərdəkanda 36 yaşlı şəxs restoranın qarşısında döyülüb

Hadisə
  • 22 dekabr, 2019
  • 22:38
Mərdəkanda 36 yaşlı şəxs restoranın qarşısında döyülüb

Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib..

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Şanbağı” restoranın qarşısında qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Süleymanov Rizvan tanımadığı şəxs tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov