Mənimsəmədə ittiham olunan Peşə Təhsil Mərkəzinin sabiq direktoru özünü təqsirli bilmir

Mənimsəmədə ittiham olunan Peşə Təhsil Mərkəzinin sabiq direktoru özünü təqsirli bilmir Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın növbəti məhkəmə prosesi davam etdirilib.
Hadisə
11 Oktyabr , 2024 14:32
Mənimsəmədə ittiham olunan Peşə Təhsil Mərkəzinin sabiq direktoru özünü təqsirli bilmir
Mətləb Hüseynov

Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın növbəti məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mətləb Hüseynov ona qarşı verilən ittihamları qəbul etməyib:

“Rəhbərlik etdiyim təhsil müəssisəsinə təyin olunduqdan sonra Aynaxanım Babayevanın bir neçə ailə üzvü və qohumunu işdən çıxartdım. Yeganə gəlinini işdə saxladım. Bu səbəbdən baş mühasib müavinimlə birləşərək mənə qarşı kampaniyaya başladılar. İbtidai istintaq dövründə mühasibim Aynaxanımla üzləşən vaxtı da demişəm ki, mən bu cinayəti törətməmişəm, vəzifədən heç bir zaman sui-istifadə etməmişəm".

Qeyd edək ki, Peşə Təhsil Mərkəzində baş mühasib işləmiş, hazırda təqsirləndirilən şəxs statusunda olan Aynaxanım Babayeva özü dövlətə dəymiş ziyanı tam olaraq ödəyib.

Məhkəmə prosesində dindirilən şahidlərin hamısı ibtidai istintaq dövründə Aynaxanım Babayeva tərəfindən Mətləb Hüseynova qarşı yönəldildiklərini və Asif Bayramov tərəfindən təzyiqə məruz qaldıqlarını etiraf ediblər.

Proses noyabr 7-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.

İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.

Son xəbərlər

Orphus sistemi