Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
- 31 dekabr, 2025
- 13:50
Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən "Report"un cənub bürosunun sorğusuna cavab olaraq verilən məlumata görə, bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü, rayonun Kələxan kənd sakini Pərvaz Məmmədov və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 7 yaralı daxil olub.
İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir.
Xəsrət alanlar 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1968-ci il təvəllüdlü Fərhad Salmanov, 1990-cı il təvəllüdlü Pərvaz Məmmədov, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə və Səma Ağazadədir.
Faktla bağlı araşdırma aparılır.