Lənkəranda təkəri partlayan maşın qəza törədib, iki nəfər ağır yaralanıb - FOTO - YENİLƏNİB

Lənkəranda təkəri partlayan maşın qəza törədib, iki nəfər ağır yaralanıb - FOTO - YENİLƏNİB Lənkəran. 13 yanvar. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
13 Yanvar , 2019 13:56
Lənkəranda təkəri partlayan maşın qəza törədib, iki nəfər ağır yaralanıb - FOTO - YENİLƏNİB

Lənkəran. 13 yanvar. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Liman şəhər sakini Dadaşov Fuad Tahir oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobil idarəetməni itirərək sürücünün 1991-ci il təvəllüdlü həmyerlisi Qasımov Elməddin Natiq oğlunun sükanı arxasında olduğu "Prado"ya çırpılıb.

Boladi çayı üzərində baş verən qəza nəticəsində "Daewoo"nun sürücüsü F.Dadaşov və 1996-cı il təvəllüdlü sərnişini Rauf Hüseynov ağır bədən xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozu qoyularaq müvafiq tibbi yardımlar göstərilib. "Prado"nun sürücüsünə isə ambulator yardım göstərilib.

Hadisənin baş verməsinə səbəb kimi avtomobilin təkərin deşilməsi nəticəsində idarəetmədən çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.


*** 12:34

Lənkəran. 13 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Daewoo" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdə hərəkətdə olan "Prado" markalı avtomobillə toqquşub. 

Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlrı və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Daha əvvəl Sabirabadda yol qəzasında 1 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi