Lənkəranda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb

Lənkəranda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq ölüdürüb.
Hadisə
30 Yanvar , 2023 09:10
Lənkəranda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb

Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen
Maqomedsaidoviç idarə etdiyi "Volvo" markalı yük avtomobillə Astara rayonu
istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Mərdan Təbriz oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən
hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi