Lənkəranda avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub

Lənkəranda avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
17 Yanvar , 2022 13:05
Lənkəranda avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub
0 : 00
0 : 00

Lənkəranda avtomobilin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bu, rayonun Göyşaban kənd sakini, 1965-ci il təvəllüdlü Tərlan Şərafət oğlu Cəfərovdur. 
 

01.11

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə “Kombinat yolu” deyilən ərazidə, Göyşaban kəndi yaxınlığında baş verib. İlkin məlumata görə qəzanı törədən “VAZ-2107 “markalı avtomobilin sürücüsü təcili tibbi yardım xidmətinə hadisə barədə məlumat verib.

Koma vəziyyətində olan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi