Kürdəmirdə “Qazel” “TIR” la toqquşub, xəsarət alanlar var

Kürdəmirdə “Qazel” “TIR” la toqquşub, xəsarət alanlar var Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə
16 Aprel , 2023 09:46
Kürdəmirdə “Qazel” “TIR” la toqquşub, xəsarət alanlar var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsilə Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “DAF” markalı “TIR”ın arxa hissəsinə çırpılıb.

Nəticədə “QAZel”də olan Biləsuvar rayon sakini 32 yaşlı Əliyev Elçin Xudarəhim oğlu, Cəlilabad rayon sakinləri, 34 yaşlı Abbasov Zabil Xanlar oğlu və 42 yaşlı Həsənov Rüstəm Zakir oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi