Kürdə boğulan 16 yaşlı gəncin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Hadisə
  • 22 iyun, 2018
  • 08:45
Kürdə boğulan 16 yaşlı gəncin meyiti sudan çıxarılıb - YENİLƏNİB
Report

Yevlax. 22 iyun. REPORT.AZ/ Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, C.Əlilinin meyiti FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


***8:58

Yevlax. 19 iyun. REPORT.AZ/ Kür çayında 16 yaşlı gənc batıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Ceyhun Eldar oğlu Əlili  ehtiyyatsızlıqdan çaya düşərək boğulub. 

Onun meyitin axtarışlarına başlanılıb.