Əməkdar jurnalist Nair Əliyev vəfat edib

Hadisə
  • 21 avqust, 2024
  • 12:13
Əməkdar jurnalist Nair Əliyev vəfat edib

Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyev vəfat edib.

“Report” xəbər verir ki, o, uzun müddət xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, N.Əliyev 1974-cü ildə anadan olub. O, "Exo" qəzetinin baş redaktorunun birinci müavini, daha sonra isə ölkənin bir sıra aparıcı media orqanlarında çalışıb. Mərhumun sonuncu iş yeri Oxu.az xəbər saytı olub.