Beyləqanda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Beyləqanda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub - YENİLƏNİB Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Hadisə
20 İyun , 2024 18:22
Beyləqanda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Beyləqanda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1969-cu il təvəllüdlü Rasim Çiçitov, 1993-cü il təvəllüdlü Rüstəmov Mürsəlov ölüb, 2007-ci il təvəllüdlü Ramiz Abışov və 1988-ci il təvəllüdlü Kənan Kərimov isə yaralanıb.

Ölənlərin və yaralıların "VAZ 2107" markalı minik avtomobilində olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:44

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Binnətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili "Mercedes Sprinter" markalı avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi